3 Dekabr 18:23
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hakimiyyətin gözlənilən dəyişikliyi fonunda yeni siyasi ittifaqlar və media kampaniyaları formalaşmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Strana” siyasi dairələrdəki mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, Vladimir Zelenskiyə qarşı olan qruplar arasında aktivlik xeyli artıb: “İttifaqlar qurulur, media kampaniyaları və yeni siyasi layihələr planlaşdırılır. Hiss olunur ki, hakimiyyət dəyişikliyinə az qalıb”.

Bildirilir ki, fəallığın artması Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi və münaqişənin başa çatması ilə bağlı bəyanatları ilə əlaqələndirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər