"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallas danışıqlar zamanı Belqradın Rusiyaya qarşı sanksiyalara qoşulmasının vacibliyini qeyd edib".
Teleqraf.com xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç "İnstaqram" sosial şəbəkəsində çıxışı zamanı deyib.
“Biz Serbiyanın Avropa yolunu müzakirə etdik və Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi zərurətindən danışdıq”, - Vuçiç bildirib.
Serbiya prezidentinin sözlərinə görə, o, müvafiq tələblərin Belqradın siyasi maraqlarına uyğun olmadığını deyib.