3 Dekabr 20:46
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yun Sok-Yöl tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “TASS“ məlumat yayıb.

300 deputatdan 190-ı Seulda polis tərəfindən mühasirəyə alınan parlament binasına daxil olaraq məsələni müzakirə edib. Qərardan sonra parlament sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Buna səbəb kimi Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər