3 Dekabr 20:55
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə keçirilən aksiyalarda 293 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin 108-i barəsində inzibati işlər Tbilisi şəhər məhkəməsinə təqdim olunub.

Nazir müavini qeyd edib ki, 89 nəfərin işi yekunlaşdırılıb, onlardan 43-nə cərimələr tətbiq olunub.

A.Daraxvelidze etirazlar zamanı 143 polis əməkdaşının xəsarət aldığını da bildirib.

“Onlardan bəzilərinə əməliyyat tələb olunub. Üçünün müalicəsi isə davam etdirilir”, - o deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər