3 Dekabr 13:03
4 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siz özünüzü bir “xalq ordusu” kimi təqdim edirsinizsə, istər-istəməz özünüzə qarşı başqa ordular yaradarsınız.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə 2025-ci il dövlət büdcəsinin yekun müzakirəsi zamanı deyib.

“İndi bu haqda çox danışırıq ki, güclü ordumuz olmalıdır, bəli, bu, düzgün gündəmdir, bu gündəliyin icrasını davam etdirməliyik, amma mən özümüzdən soruşmaq istəyirəm ki, biz nə qədər və kimdən güclü orduya sahib olmaq istəyirik? Bu məsələdə aydın qərar verməliyik: hansı daha güclüdür, konkret ölkələri misal çəkmək istəmirəm, amma bu suala cavab verməliyik və biz neçə birləşmiş ordudan daha güclü olmalıyıq?

Əgər bizim problemimiz iki ölkədirsə (Azərbaycan və Türkiyəni nəzərdə tutur - red.), yaxşı, onda bu məsələni qoya və düşmən deyilən bu ölkələrdən daha güclü orduya sahib ola bilərik. Amma problemin üç, dörd, beş dövlət olduğu ortaya çıxarsa, belə anlaşılır ki, bizim problemimiz təkcə düşmənlərimizdə yox, həm də dostlarımızdadır, onda kimdən və nə qədər güclü orduya sahib olmalıyıq?”, - baş nazir bildirib.

Paşinyan qeyd edib ki, bütün bunları kənara qoyub, ölkənin maraqları naminə fəaliyyət göstərmək lazımdır:

“Millət-şəhid və millət-ordu” düsturlarına qalib gəlmək üçün başqa bir məntiq qəbul edilməlidir: yalnız və yalnız öz mənafeyinə uyğun hərəkət edən dövlət məntiqi. Başqa sözlə, dövlətin konkret məsuliyyət zonası, konkret beynəlxalq səviyyədə tanınmış ərazisi var, yalnız və yalnız həmin ərazinin maraqlarına uyğun fəaliyyət göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər