3 Dekabr 21:08
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya Müdafiə Nazirliyi 27 ildən sonra məcburi hərbi xidməti bərpa etmək istəyir.

Teleqraf.com "RTL telekanalı"na istinadən xəbər verir ki, bu barədə məlumat müdafiə idarəsinin sənədlərində öz əksini tapıb.

Hollandiya Silahlı Qüvvələrinin komandanı, general Onno Eichelsheim bildirib ki, hərbi xidmətə çağırışın yenidən tətbiqi ilə bağlı konkret plan yoxdur. Onun sözlərinə görə, bu, hazırda gündəmdə deyil. General qeyd edib ki, hərbçilərə lazımi ləvazimatların alınması, kazarmaların tikilməsi və təlim potensialının artırılması illərlə vaxt aparacaq.

Sənədlərdə deyilir ki, Müdafiə Nazirliyi bu məqsədə nail olmaq üçün zəruri olan tədbirlər planı hazırlayıb. Telekanal qeyd edir ki, hərbi xidmətin tətbiqi kifayət qədər uzun vaxt aparacaq, lakin qonşu ölkələr hərbi xidmətə çağırış tətbiq etməyə başlasa, Hollandiya dərhal buna əməl edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər