3 Dekabr 10:48
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti bu həftənin sonunda radikal sağçı və solçu partiyaların Baş nazir Mişel Barnyeyə etimadsızlıq təklifi təqdim etməsindən sonra dağılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat verib.

Milli Birlik lideri Marin Le Pen sentyabrın əvvəlində baş nazir təyin edilən Barnyenin vəziyyəti gərginləşdirdiyini və vəzifədən uzaqlaşdırılmalı olduğunu deyib.

“Biz hökumətə etimad göstərməməyi təklif edirik”, - siyasətçi belə deyib.

Mənbə yazır ki, son dəqiqə sürprizləri olmasa, Barnyenin kövrək koalisiyası 1962-ci ildən bəri etimadsızlıq səsverməsi alan ilk Fransa hökuməti olacaq.

Səsvermənin dekabrın 5-də baş tutacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər