3 Dekabr 10:41
225
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səhər idi, hamımız yatmışdıq. Partlayış səsinə oyandıq. Kömək edin qışqırıqlarını eşitdik. Gəldik gördük ki, bina uçub". ​

Bu barədə Teleqraf.com-a hadisə şahidi Afad Əfəndiyev deyib.

Sakinin sözlərinə görə, partlayış zamanı onun da maşını zərər görüb:

"Həmin binada 2-ci mərtəbədə yaşayış yox idi. 1-ci mərtəbədə 4 nəfərdən ibarət gənc ailə qalırdı. 2 uşaq və valideynləri həmin mənzildə yaşayırdı. Uşaqların anası tibb işçisidir. Deyəsən o növbətçidir. Uşaqlar ataları ilə birlikdə dağıntılar altından çıxarılıb, xəstəxanaya aparılıb".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər