25 Dekabr 13:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktau yaxınlığında baş verən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 28 nəfər tibb müəssisələrinə yerləşdirilib.

Teleqraf.com Qazaxıstan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, xəsarət alanlara xəstəxanalarda bütün zəruri tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.

Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə tibbi aviasiya təyyarəsi yola düşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər