11:26
201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın azərbaycanlı ustad aşıqlarından biri Ziyəddin Keşəli vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, 75 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Ustad aşıq sabah doğulduğu Marneuli rayonunun Keşəli kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Z.Keşəli (Əliyev) özünəməxsus ifaçılıq tərzi ilə şöhrət qazanmışdı. Aşıq Azərbaycanda və Türkiyədə beynəlxalq tədbirlərdə iştirak edib. O, qoşma üslubunda şeirlər də yazıb, “Ruhani ruha dərmandır” adlı şeirlər kitabı 2000-ci ildə Bakıda nəşr olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər