Ermənistanla post-münaqişə mərhələsində təmaslarımız davam edir, burada bir neçə istiqamət var.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan və Ermənistan XİN rəhbərləri daha çox sülh müqaviləsi üzrə danışıqlar aparır. Bu istiqamətdə danışıqlar davam edir. Ötən il ərzində belə bir neçə görüş baş tutub. Hazırda növbəti görüşün yeri və vaxtı ilə bağlı hər hansı bir razılaşma yoxdur",- nazir vurğulayıb.