12:32
205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda əvvəlki illə müqayisədə traktorların istehsalı 5,9 faiz azalaraq 623 ədəd olub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı isə 2129 ədəd artaraq 5998 olub.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ildə 826,6 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz artıb, maşın və avadanlıqların istehsalı 51,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz azalıb.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər