12:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla ABŞ arasında olan münasibətləri şərh etmək istəməzdim.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin Demokratlar Administrasiyası, eləcə də müxtəlif paytaxtlar tərəfindən 2024-cü ildə birtərəfli yanaşmanın şahidi olmuşuq:

"Ötən ilin aprelində ABŞ dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistan baş nazirinin iştirakı ilə görüş keçirildi. Onun izahını vermək çətin idi. Bu, Azərbaycan-Ermənistan münasibətlarinin intensiv mərhələsində baş vermişdi. Özlərini vasitəçi kimi təqdim edən tərəflərin belə yanaşması qəbuledilməzdir. Bir günlük antiterror əməliyyatlarından sonra 907-ci akta düzəliş oldu. Bu gün yeni prezidentin inauqurasiyası keçiriləcək, bundan sonra fərqli yanaşma gözləyirik. Ən azından qarışılıqlı hörmət əsasında münasibət olmalıdır".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər