Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə də davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.
"Danışıqlar davam edir, konstitusiyanın dəyişdirilməsi ilə bağlı Ermənistan tərəfindən ciddi addımlar gözləyirik", - o əlavə edib.