20:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında etdiyi paylaşımda ölkəsi ilə Rusiya arasında daha bir əsir mübadiləsinin həyata keçirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə bunları qeyd edib:

"Biz Ukraynanın 150 qirovunu Rusiya əsirliyindən geri qaytarırıq. Bunlar Mariupol və Zaporojye vilayətlərində əsir düşmüş Hərbi Dəniz Qüvvələrinin əsgərləri, Hərbi Hava Qüvvələrinin, Hava Hücumundan Müdafiə və Quru Qoşunlarının əsgərləridirlər. Onları birləşdirən Ukrayna uğrunda döyüşürlərdir".

Zelenski bəzi əsgərlərin 2 ildən artıqdır ki, əsir saxlandığı barədə də danışıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə, danışıqlar nəticəsində 150 ​​Ukrayna əsgərinin Kiyevə təhvil verildiyi, əvəzində isə 150 ​​rus əsirinin alındığı bildirilib.

Həmin rus əsgərlərinin hazırda Belarusda olduqları və onlara psixoloji və tibbi yardım göstərildiyi qeyd olunub. Açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əsir mübadiləsində vasitəçilik etdiyi söylənilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər