19:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina Prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Manuel Adorni açıqlama verib.

Adorni mətbuat konfransında deyib ki, Prezident Xavyer Miley ölkəsinin ÜST-dən çıxması ilə bağlı xarici işlər naziri Gerardo Verteynə göstəriş verib. O, buna səbəb kimi ilk növbədə COVID-19 pandemiyası zamanı səhiyyə siyasətləri ilə bağlı təşkilatla aralarında yarnmış dərin fikir ayrılıqlarını göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər