19:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda ABŞ-nin “Xarici agentlərin qeydiyyatı aktı”na (FARA-Foreign Agents Registration Act) bənzər qanun qəbul olunacaq.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

O xatırladıb ki, ötən il parlament “FARA”nın hələ tam tətbiq olunmamış yüngül variantını qəbul edib.
“Həmin qanunun qüvvəyə minməsinə baxmayaraq, xaricdən maliyyə alan bir neçə onlarla ən varlı və iri QHT reyestrdə qeydiyyatdan keçməyib. Ona görə də biz bunun əvəzinə yeni və Amerika qanununun hazırkı variantının birbaşa surətini qəbul edəcəyik və onun tam icrasını təmin edəcəyik”, - M.Mdinaradze söyləyib.

Partiya rəsmisi, həmçinin bildirib ki, Gürcüstanda ictimai təşkilatların təşəbbüslərinin maliyyələşdirilməsi məqsədilə fond yaradılacaq və bununla bağlı “Qrantlar haqqında” qanuna dəyişikliklər ediləcək.

Xatırladaq ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun ötən ilin avqustun 1-dən qüvvəyə minib. Etirazlara səbəb olan qanuna əsasən maliyyələşməsinin 20%-ni xaricdən alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı tələb olunur.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər