20:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildən bəri ABŞ faəliyyəti dayandırılan Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə USAID-in məlumatlarına istinadən "Defense One" informasiya portalı məlumat yayıb.

Portal vurğulayır ki, USAID Ukraynanın mülki səhiyyə sistemini dəstəkləməklə, hərbi əməliyyatların aparılmasına da dəstək nümayiş etdirib. Bundan əlavə, portalın istinad etdiyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, USAID Amerika silahlarının və Ukraynaya digər yardımların tədarükünün uçotunda mühüm rol oynayıb.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri USAID Kiyevə inkişaf üçün 35 milyard dollarlıq yardım edib. Agentlik, həmçinin Rusiyanın dondurulmuş suveren aktivlərindən gəlirlər kimi istifadə etməklə, Ukraynaya 20 milyard dollar kreditin verilməsində əsas rol oynayıb.

Xatırladaq ki, fevralın 3-də ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırdı. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə Dövlət katibi Marko Rubio təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər