11 Mart 2015 14:04
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikada işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsinin müsbət nəticələrindən biri kimi, iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları kəskin şəkildə azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, fevral ayında ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı aşkar olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin fevral ayı ilə müqayisədə 2,8 dəfə azalaraq 16400 manat təşkil edib.

Bu vəsaitin 15421 manatı əmək haqlarından, 451 manatı zərərə görə ödənclərdən, 528 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Xidmət tərəfindən görülən konkret tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 2 nəfər öz əvvəlki işlərinə bərpa olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər