13 Aprel 2015 15:55
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

General Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası Mingəçevir şəhərində gənclər arasında velosiped çempionatı keçirib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, təşkilatçılara öz minnətdarlığını bildirib, son illər velosiped idman növlərinin ölkəmizdə inkişafını yüksək qiymətləndirib.

Federasiyanın baş katibi Fərhad Əliyev də çıxış edərək, Azərbaycan velosiped idmanına dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini vurğulayıb.

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin rəhbəri Tural Kərimov da gənclərin hər zaman velosiped idmanına həvəs göstərdiyini, gənclərin asudə vaxtının səmərəli təşkili baxımından keçirilən bu cür çempionatların əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çempionat öz işinə başlayıb. Çempionatın qaliblərinə kuboklar və federasiya tərəfindən pul mükafatı təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər