Xaçmaz şəhərində qeyri-adi olay hamını təəccübləndirib.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, bina 78, mənzil 46-da bir nəfərin bağlı qapı arxasında köməksiz qalması barədə məlumat daxil olub.
Məlumatda həmin şəxsin 2 gündür evi tərk etmədiyi və qapı zənglərinə cavab vermədiyi bildirilib.
Mərkəzin xüsusi qrup xilasedicilər həmin ünvana gedəndə gördüklərindən şoka düşüb. Belə ki, qapını açıb içəri girən xilasedicilər bir nəfərin divanda oturub qəzet oxuduğunu görüblər.
Məlum olub ki, Rusiyadan təzəlikcə qayıdan həmin şəxs ruhi xəstədir. Və 1982-ci il təvəllüdlü Səmayılov Ramin Zaxar oğlu iki gün ərzində qonşuların qapını döyməsinə əhəmiyyət verməyib./anspress/