İndiki dövr olduqca vacibdir və insanlar qarşısında bir çox çağırışlar qoyur, onların öhdəsindən gəlmək üçün cəsarət və dialoq lazımdır.
Trend-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.
O deyib: "Bu dialoq üçün bizə hazırda Bakıda keçirilən forumlar kimi forumlar lazımdır. Axı mədəniyyət dövlətlərin iqtisadi sabitliyinin əsaslarından biridir. Hər dəfə Bakıya gələndə özümüz üçün yeni bir şey kəşf edirik. Bu şəhər hiss edilməsi mümkün olan ruhuna, enerjisinə görə çox dinamikdir. Məsələ təkcə Azərbaycanın coğrafi mövqeyində deyil, həm də ölkə rəhbərliyində, onun ölkəni hazırkı vəziyyətə gətirən fikirlərindədir".
İ.Mədəni qeyd edib ki, İƏT anlayışın əldə edilməsi üçün digər təşkilatlarla tərəfdaşlıq əlaqələrinin qurulmasına, dialoq prosesinə tam sadiqdir: "Bizim vəzifəmiz burada müzakirə etdiklərimizi münaqişə zonalarında yaşayan sıravi insanlara və ya dini və milli məsələlərdə fikir ayrılıqlarına görə öz torpaqlarına qayıda bilməyənlərə çatdırmaq imkanı arasında qarşılıqlı əlaqə yaratmaqdır".
Onun sözlərinə əsasən, hamı multikultiralizmə can atmalıdır: "Biz hazırda hər cəmiyyətin və ölkənin müxtəlif mədəniyyət və millətləri üçün özünəməxsus ümumi "qazan" olması barədə dərin düşünməliyik. Biz multimədəniyyət dünyasında səy göstərmək məcburiyyətindəyik, hərçənd bu, ümumi "qazan" bizə vahid mövqe verir. Bununla belə, müxtəlif mədəniyyətlər bu "qazan"ın harmonik hissələri ola bilər".