Goranboy rayonunda zəlzələ baş verib.
Teleqraf.com-un Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06:20-də qeydə alınan zəlzələnin episentri Mingəçevir şəhərindən 32 km qərbdə, Goranboy-Yevlax sərhədində, ocağı isə 17 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində isə 4.0-3.0 bala qədər hiss olunub.