9 İyun 2015 16:25
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Türkiyənin TürkUrolap dərnəyinin yaradıcısı Prof.Dr.Yaşar Ozgok ilə görüşüb. Görüş zamanı ATU-da keçirilən beynəlxalq laparoskopik urologiya kursunun nəticələri, həmçinin ATU ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Yaşar Ozgok ATU-nun Tədris Cərrahiyyə Klinikasında 32-ci beynəlxalq laparoskopik urologiya kursuna start verildiyini xatırladaraq, TİKA-nın dəstəyi sayəsində bütün Avropada qəbul edilən belə bir kursun bu dəfə ATU-da keçirilməsindən razı qaldığını bildirib. O, ali təhsil müəssisəsi ilə əməkdaşlığa yol açacaq daha bir təkliflə çıxış edib: “Bu klinikada Azərbaycan Endouroloji Dərnəyinin yaradılmasını istərdik. Bu dərnək bizim əməkdaşlığın daha da dərinləşməsinə, həmçinin universitetlə əlaqələrinin daha da genişlənməsinə, universitetin Avropada daha çox tanınmasına səbəb olacaq”.

ATU-nun rektoru Əhliman Əmiraslanov da təklifi müsbət qarşılayaraq, dərnəyin yaradılmasının hər iki tərəfə böyük fayda verəcəyini deyib:

Görüşün sonunda ATU-nun nəzdində Azərbaycan Endouroloji Dərnəyinin yaradılması ilə bağlı qarşılıqlı memorandum imzalanması haqda razılıq əldə olunub.

Qeyd edək ki, TurkUrolap dərnəyi laparoskopik urologiya sahəsində dünyanın bir çox ölkəsində təlim kursları keçirir. Növbəti 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu 8-9 İyun 2015-ci il tarixində ATU-nun urologiya kafedrası ilə birlikdə universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilib. Kursda nəzəri və praktik laparoskopik vərdişlər tətbiq edilir. Tədbirdə 7-si Sudandan olmaqla ümumilikdə 20 həkim, 10 tibb bacısına təlim keçirilib. Kursun sonunda Avropa Uroloqlar Assosiasiyasının beynəlxalq E-BLUS sertifikatı üçün imtahan da keçiriləcək. Kursun prezidentləri Türkiyə tərəfdən TürkUrolap dərnəyinin yaradıcısı Prof.Dr.Yaşar Ozgok, Azərbaycan tərəfdən ATU-nun urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Südeyf İmamverdiyevdir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər