25 İyun 2015 22:12
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın İnsan resursları naziri Zoltan Baloqu qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və turizm sahələri üzrə mövcud normativ-hüquqi baza və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Son dövrlərdə Macarıstan və Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyi və iki ölkə rəhbərliyinin səyləri nəticəsində xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə imkan verdiyi bildirilib.

Zoltan Baloq qeyd edib ki, Macarıstanın mədəniyyət məsələləri üzrə Dövlət katibi Peter Hoppal III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini bildirib və tədbirin onda yüksək təəssürat yaratdığını vurğulayıb. Nazir həmçinin, Azərbaycanın mədəni irsinə aid görməli yerlərini ziyarət etmək istədiyini bildirib.

Nazir Əbülfəs Qarayev lazımi şəraitin yaradılması üçün tapşırıqlar verib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər