17 İyul 2015 13:05
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanın bəzi ərazilərində leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xaraketli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.


Müəllif: