28 Sentyabr 2015 15:33
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbul sentyabr 30-da Yardımlı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yalnız Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti 255) 29 sentyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər