İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycanın qlobal enerji bazarındakı mövqeyindən bəhs edən məqalə yerləşdirilib.
Məqalədə Bakıda keçirilmiş 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsi haqqında da məlumat verilir. Bildirilir ki, 250-dən artıq nümayəndənin qatıldığı tədbirdə Azərbaycanın və Xəzər regionunun enerji sektoru diqqət mərkəzində olub.
Müəllif yazır ki, bu cür tədbirlər Azərbaycanın regional və qlobal enerji bazarında oynadığı rolu təhlil etmək baxımından önəmlidir. Sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan İtaliyanın da iştirakçısı olduğu TAP layihəsi xüsusi vurğulanmalıdır. İtaliya üçün Azərbaycanın önəmini bu ilin sentyabrında SOCAR ilə bu ölkənin Snam şirkəti arasında imzalanmış “Cənub” qaz dəhlizinin inkişafı üçün irəli sürülən təşəbbüslərin qiymətləndirilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu bir daha təsdiq edib.
Səxavət