DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamenti Azərbaycan Elmlər Akademiyasının (AMEA) Təsərrüfat Hesablı Avtobazasını məhkəməyə verib.
“Report”un xəbərinə görə, departament sığorta borcunun tutulması barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
AMEA qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.