14 Oktyabr 2015 13:46
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nuriyyə Əhmədovanın bacısı Maya Əhmədova ailələrinə göstərilən diqqətsizlikdən gileylidir.

Maya xanımın Teleqraf.com-a açıqlamasına görə, N. Əhmədovanın oğlu Faiqə o himayədarlıq edəcək: “Faiqə mən baxacam, o uşağı ata bilmərəm. Faiq Nuriyyənin ölümünə görə çox pis olur və ağlayır. Bacıma heç kim kömək eləmədi. Hətta məsciddə yuyulmasına görə 70 manat aldılar. Onun 70 manatlıq hörməti yox imiş. Xalq artisti rəhmətə gedib, İcra Hakimiyyəti kömək eləməli idi. Axı mənim bacım nə pislik edib?

Nuriyyənin cənazəsini mən götürdüm, üç mərasimini verdim. Mən qızımın yanına başqa şəhərə getmişdim, özümü çatdırmasaydım, bəlkə də, Nuriyyənin cənazəsi ortada qalacaqdı. Üç mərasimini məsciddə təşkil etdik. Nə olardı, mənə dayaq olardılar. Nuriyyənin zəhmətini halal etmirəm. Kaş mənim bacım heç nə eləməzdi. Ürəyini partlatdılar. Evə görə çox gedib-gəldi. Artıq onların evi lazım deyil. Bu vəziyyətdə mənə kömək etsinlər. Bilmirəm insanları qarşılayım, yoxsa bazarlıq edim”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər