Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Serbiyanın yüksək dövlət mükafatı - “Serbiya Bayrağı” ordeni ilə təltif olunub.
APA-nın məlumatına görə, Serbiya prezidenti Tomislav Nikoliçin bununla bağlı oktyabrın 10-da sərəncam imzalayıb.
Sərəncama əsasən Eldar Həsənov Azərbaycan və Serbiya arasında sülhsevər əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə mükafata layiq görülüb.