“Azərbaycan öz torpaqlarını müdafiə edir. Bizim başqa dövlətin torpağında gözümüz yoxdur. Öz torpağımızı da heç kimə verməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
“Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Dəfələrlə bəyan etmişik ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Məsələnin həlli də çox sadədir. İşğal edilmiş torpaqlardan erməni silahlı birləşmələri çıxmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra regionda sülh və təhlükəsizlik yarana bilər”, - dövlət başçısı bildirib.