Ötən əsrin əvvələrində Qərbi Azərbaycan əyalətinin Urmu, Salmas və Xoy şəhərlərində ermənilərin törətdiyi cinayətlərlə bağlı aprelin 23-də Ankarada "Hilton" mehmanxanasında "Erməni cinayətləri" adlı toplantı keçiriləcək.
Tədbirdə ermənilərin Qarabağ və Azərbaycanın başqa bölgələrində törətdikləri cinayətlərdən də bəhs ediləcək.
Toplantıya elm adamları, ictimaiyyət nümayəndələrinin qatılacağı gözlənilir.