Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Qeyd olunan təyyarə aprelin 22-də geri dönüb və cəsəd aidiyyəti üzrə təhvil verilib.
İlhamə Əbülfət