7 May 2016 19:39
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təbriz Universitetində Şuşanın işğalının ildönümünə həsr edilmiş "Qarabağ və İslam torpağı" adı ilə elmi-praktiki konfrans keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Təbriz Universiteti tərəfindən təşkil olunan elmi-praktiki konfransda İran və Azərbaycandan bir sıra ictimai-siyasi xadimlər, elm nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin üzvü Tahir Kərimli iştirak edib.

Konfransda Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi də çıxış edib. Rektor Qarabağın Azərbaycan torpağı olduğunu deyib: “Biz ali dini liderimizin sözlərini rəhbər tutaraq din qardaşlarımıza yardım etməliyik”.

Konfransda, həmçinin Qarabağ şəhidləri haqqında kitabın təqdimatı olub.


Müəllif:

Oxşar xəbərlər