Azərbaycan malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulub.
"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Konvensiyaya üzv olmuş 85-ci ölkə olub. Azərbaycan üçün bu saziş 2017-ci il iyunun 1-də qüvvəyə minəcək.
Qeyd edək ki, Konvensiya 1980-ci ilin aprelində Vyanada malların beynəlxalq alqı-satqısına dair BMT Konfransında qəbul edilib. O, beynəlxalq ticarət qaydalarının unifikasiya edilməsini nəzərdə tutur.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın "malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulması" barədə qanunu bu ilin fevral ayından təsdiq edib.