2 İyun 2016 14:01
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri üzrə müsabiqə əsasında lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu prosesi yekunlaşıb.


Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, istedadlı uşaqların daha aşağı yaşlarda müəyyən olunması və onlar üçün innovativ təlim prosesinin təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 15 ümumi təhsil müəssisəsində I sinfə qəbul müsabiqə əsasında təşkil olunub.

Qeyd edək ki, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə elektron qeydiyyat www.mektebeqebul.edu.az saytı vasitəsilə martın 1-dən aprelin 10-dək davam edib. Həmin ümumi təhsil müəssisələrinə 4 449 nəfər müraciət edib.

15 aprel-15 may 2016-cı il tarixlərində bu təhsil müəssisələrinin daxili nizamnamələrinə əsasən təşkil edilmiş müsabiqələr çərçivəsində uşaqların qiymətləndirilməsi həyata keçirilib. Uşaqların dünyagörüşü, riyazi-məntiqi təfəkkürü, psixoloji hazırlığı, yaradıcılıq qabiliyyəti, rabitəli nitqqurma bacarığı qiymətləndirilib və ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub.

Bildirək ki, müsabiqə çərçivəsində ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub. Bu məktəb üzrə 1 yerə 3 nəfərdən daha artıq müraciət edilib. Bakı Avropa Liseyi, 287 nömrəli Zəkalar Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universitenin nəzdində Məktəb-Lisey Kompleksi və "Ankara məktəbi" məktəb-liseyində də yüksək rəqabət qeydə alınıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər