Bu gün Azərbaycan məktəblərində “Son zəng” günüdür. Bu gün məktəb həyatı ilə vidalaşan yeniyetmələr arasında məşhurların övladları da az deyil.
Teleqraf.com müxtəlif sosial şəbəkələr vasitəsilə övladlarının xoş günündən fotolar, videolar paylaşan məşhurların yazdıqları statusları təqdim edir:
İki oğul sahibi olan Gənc Tamaşaçılar Teatrının aktyor-rejissoru, əməkdar artist Nicat Kazımov bu gün böyük oğlunun məzun sevincini yaşayıb. Ailəsi ilə birgə “Son zəng” tədbirindən fotolar paylaşan Nicat Kazımov “Oğlum Mirsənanın son zəngi.Yolu açıq olsun” şərhini yazıb.
Gənc Tamaşaçılar Teatrının aktyor-rejissoru, əməkdar artistlər Nofəl Vəliyevlə aktrisa Leyli Vəliyeva cütlüyünün yeganə övladı Qönçənin “Son zəngi” dünən baş tutub. Feysbuk sosial şəbəkəsində qızının “Son zəngi”ndən fotolar paylaşan Nofəl Vəliyev hisslərini belə ifadə edib:
“Canımız bircə balamız Qönçə...İllər nə tez keçdi. Bu gün 13 iyun. "Son zəng". Həyatın yeni bir mərhələsində Allah hər zaman köməyində olsun. Gözəl bir əsərdə deyildiyi kimi: “Həm insanların, həm də Tanrının yanında təmiz olasan".
Bu gün övladını məzun görən məşhurlardan biri də Samirə Allahverdiyevadır. Oğlunun “Son zəng” mərasimində iştirak edən müğənni mahnı da ərmağan edib. Daha sonra oğlu ilə fotosunu İnstagram-dan paylaşan müğənni yazıb:
“Canım Əli. Məzun günün mübarək! Allah hər kəsin yolunu açıq etsin, gələcəyiniz parlaq olsun”.
Müğənni Roza Zərgərlinin qızı Bənövşə bu gün Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Müğənni sosial şəbəkədə qızının simasında bütün məzunları təbrik edib:
“Canım-gözüm, təbrik edirəm. Sənin simanda məzunları təbrik edirəm. Allah hamının balasını qorusun və məktəbi uğurla bitirsinlər”.
Əməkdar artist Tünzalə Ağayevanın qızı Fidanın “Son zəng”i iyun ayının 10-da baş tutub. Qızı ilə “selfi”sini İnstagram hesabından paylaşan Ağayeva sevincini belə ifadə edib:
“Gözəl balam bu gün məzun oldu. Bütün övladlarımızın yolu açıq olsun”.
Nərmin