Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və quldurluqda təqsirli bilinən Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il avqustun 2-də saat 1 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi “Nissan Sunny” markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
Qətl hadisəsini Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasovun törətdiyi müəyyən edilib. Həmçinin məlum olub ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq da edib. Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi aşkarlanıb və o, yaxalanaraq istintaqa təhvil verilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Pərviz Abnasov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov