25 İyul 2016 13:53
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Asim Hacıyevin sədrliyi ilə Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov vəsatətlə çıxış edib. O, R.Səfərov barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, Rüfət Səfərovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətləri aparılıb.

Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər