Bakıda döyüş sursatı tapılıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Mütəxəsislər tərəfindən aşkar olunmuş mərminin döyüşə yararlı olması müəyyən edilib və xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.