Hacıqabul şəhərində yaşayış evinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, Hacıqabul şəhər sakini Elnarə Cəfərovanın evinə üç nəfər maskalı şəxs basqın edib.
Həmin şəxslər Elnarə Cəfərovanı və qızı Xədicəni bıçaqla hədələyərək mənzildən xeyli miqdarda pul və qızıl aparıblar.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin şəhər sakinləri Xəyyam Mehrəliyev, Kamran İsmayılov və İmran İsmayılov olması müəyyən edilib. Cinayəti törədən şəxslər həbs edilib.
Hacı Zeynalov