22 Avqust 2016 13:34
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Turan Əliyev, Məzahir Bağırov və Yasəmən Dəmirçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Turan Əliyev, Məzahir Bağırov və Yasəmən Dəmirçinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər “Atrabank”ın əməkdaşları olublar. Onlar bankın 200 min manat məbləğdə pulunu mənimsəməkdə təqsirli biliniblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər