Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Şıxverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Azər Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Azər Şıxverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olub.
Hacı Zeynalov