Türkiyənin Konya şəhərində yaşlı İsmail M. təqib etdiyi A.D. adlı evli xanıma onun yaşadığı binanın liftində təcavüz edib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, təcavüzə məruz qalan qız qışqıraraq bina sakinlərindən yardım istəyib. Köməyə gələnlər qızı xilas ediblər, İsmail M. isə polisə təslim edilib.
Media mənsublarının "qadına cinsi təcavüz etdinizmi" sualına İsmail M., "Çək, çək, yaxşı çək. Nə təcavüz? Ədəb var, ədəb var" deyə reaksiya verub.
Araşdırmalar zamanı İsmail M. və A.D.-nın bədənlərində dırnaq izləri aşkarlanıb. İsmayıl M-nın liftdə evli qadını arxadan qucaqlayaraq təcavüz etdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.
Nihad