Kriminal avtoritetlər qətlə yetirilənn "qanuni oğru" Rövşən Lənkəranskinin (Caniyev) mirasının bölüşdürülməsi uğrunda mübarizəyə başlayıblar.
Teleqraf.com "Rosbalt"a istinadən xəbər verir ki, Canıyevin Moskvadakı ən böyük mirası olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq kriminal aləmdə Merab Suxumski kimi tanınan Merab Canqveladze tərəfindən idarə olunur.
"Rosbalt"a danışan etibarlı mənbə bildirib ki, Canıyevin bundan da böyük aktivləri isə Türkiyədədir. Bura Lənkəranskinin himayədarlığı ilə fəaliyyət göstərən böyük kommersiya şirkətləri, otellər və s. daxildir. Məlumatlarda qeyd edilir ki, son vaxtlar Canıyevin tərəfdaşları iki qrupa bölünüb: "qanuni oğru" Hüseyn Əhmədovun tərəfdarları və Suxumskinin yaxın adamları olan Temur Nemsitsveridze (Tsripa), Roin Uqlava (Mateviç) və Dato Çuradze.
Onlar Rövşən Canıyevin mirasına iddalıdır.
Elvin