Biləsuvarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbə ərazisində qeydə alınıb.
On saylı qəsəbənin Cəbrayıldan olan sakini Fariz Rzaqulu oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Qazel” ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Jiquli”nin sürücüsü İmişli
Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.