Gəncə şəhərində hündürmərtəbəli binanı tikən şəxsin sənədləri saxtalaşdırılıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırdığı, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənizllərdən birini 19.000 manata satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov