25 Noyabr 2016 18:09
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Kamran Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib.

Paytaxt sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Baş verən cinayət hadisəsilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində dərhal araşdırmalara başlanıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü K.Həsənzadə saxlanıb.

O, ilkin dindirilmə zamanı qətli qız üstündə törətdiyini bildirib. N.Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb, söhbət edirmiş. Bu zaman K.Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı K.Həsənzadə bıçağa əl ataraq, cinayət törədib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər