Bakının Nəsimi rayonunda evdən xeyli miqdarda pul və qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 kompyuter və 1 fotoaparat oğurlanması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub.
Hacı Zeynalov